Makron Paşinyan və Əliyev görüşünün nəticələrini təqdim etdi
"Qafqazda davamlı sülh naminə..."
“Qafqazda davamlı sülh naminə - bu gecə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər - onlar özlərinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıyırlar”, - Makron yazıb.
O qeyd edib ki, Ermənistan əməkdaşlığa hazır olan Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasının yaradılmasına yardım etməyə razıdır.
“Bu missiyanın məqsədi etibar qazanmaq və sərhəd komissiyalarının işinə töhfə verməkdir”, - Emmanuel Makron Facebook səhifəsində yazıb.