Türkiyə Rusiya və Azərbaycandan Avropaya qaz ixrac edə bilər
Türkiyə parlamentində respublikanın idxal etdiyi mayeləşdirilmiş təbii qazın satışına icazə verən qanun layihəsinin qəbul edilməsi ona Rusiya və Azərbaycandan Avropaya əlavə həcmdə enerji resurslarının sürətlə çatdırılmasına imkan verəcək.
Bu açıqlama ilə Türkiyə Təbii Qaz Təchizatçıları Birliyinin rəhbəri Yaşar Arslan çıxış edib.
“Biz Rusiya və Azərbaycanda olan təbii qazın tez bir zamanda çatdırılmasını həyata keçirə biləcəyik. Düşünürəm ki, yaxın illərdə mövcud idxal müqavilələri, təbii qaz yataqlarında hasilat gücünün artırılması, o cümlədən Aralıq dənizi və Qara dənizlərdə mümkün yeni yataqlardan qazın mayeləşdirilməsi Türkiyənin qonşuları ilə ticarət imkanlarını yaxşılaşdıracaq”, - deyə Yaşar Arslan bildirib.
Türkiyənin Enerji Tənzimləmə Qurumunun məlumatına görə, Türkiyə keçən il 50,5 milyard, kubmetr təbii qaz idxal edib.
“Təxminlərimizə görə, qarşıdakı dövrdə bu həcm 40%-ə yüksələcək”, - deyə Yaşar Arslan vurğulayıb.
Mənbə: Yenisafak.com