Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ
Alimlər balanslaşdırılmış sağlam qidalanmanı beyin, psixi sağlamlıq və idrak funksiyalarının qorunması üçün ən yaxşı olduğunu bildiriblər. Çünki bu qidalanma növü ən yaxşı nəticələri göstərib.
Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil terapevti, akademik Oksana Drapkina bildirib ki, bu yemək tərzi ilə qidalanmada az yağ və şirniyyat, çoxlu təzə tərəvəz, meyvə, balıq və yüksək keyfiyyətli yağlar var.
Alimlər 182 min insanın qidalanmasını araşdırdıqdan sonra əsas qidalanma növlərini müəyyən ediblər. Vegetarian adlanan növ ət, süd və yumurtadan tam imtinadır. Nişastalı qidaların məhdudlaşdırılması ilə qidalanma kartof, düyü, taxıl, paxlalılardan ibarətdir. Digər növ qidalanma isə keto pəhriz və ya atkins pəhrizi kimi yüksək proteinli, aşağı lifli bir pəhriz yeməkdən ibarətdir.
Drapkina qeyd edib ki, sağlam qidalanma prinsipləri yaşlı insanlar üçün xüsusilə vacibdir. Qidalanmasında makro və mikroelementlərlə zəngin yüksəkkeyfiyyətli qidaların olması vacibdir. Pəhrizin kalorili məzmunu oturaq həyat tərzi keçirən insanlar üçün 1600 - 1800 kkal, aktiv işləyən və hərəkət edən insanlar üçün isə təxminən 2200 kkal arasındadır.
Mənbə: Gazeta.ru