Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 228 nəfərə çatıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl 179 nəfərin öldüyü bildirilirdi. Daşqınlar Keniyanın qərbindəki Masai Mara safari parkında da fəsadlar törədib, Telek çayının daşması səbəbindən turist qruplarının hotellərdə xarici dünya ilə əlaqəsi kəsilib.