Britaniyalı nüvə bunkeri inşa etdi: İndi orada 50-dən çox şəxs yaşayır - FOTO

Nik Qould səkkiz il əvvəl mümkün nüvə partlayışından qorunmaq üçün xüsusi obyekt inşa edib. İndi bunkerdə 50-dən çox insan yaşayır.

Belə ki, Nik öz dostları ilə sığınacağa köçüb. Britaniyalı tikintiyə 500 min funt sterlinq xərcləyib. Tikinti İsveçrə təhlükəsizlik standartlarına uyğun aparılıb.

Bunker raketlərdən başqa, nüvə, kimyəvi və ya bioloji silahlardan vurulan zərbənin nəticələrinə tab gətirmək iqtidarındadır.

Qeyd olunur ki, Böyük Britaniyada 400-dən çox evin sahibi öz nüvə sığınacağını qurublar.

Mənbə: news.ru