NATO generalından mühüm açıqlama: “Ukrayna Krımı geri ala bilməsə…”

“Ukrayna Krımı Rusiyadan geri almasa, iqtisadiyyatını bərpa edə bilməyəcək”.

Bu sözləri NATO-nun təqaüddə olan generalı Ben Hodces “Decoding Geopolitics with Dominik Presl” “YouTube” kanalına müsahibəsində deyib.

Hodcesin fikrincə, Ukraynanın gələcəyi və iqtisadiyyatının bərpası Krımın qaytarılmasından asılıdır. O qeyd edib ki, hərbi əməliyyatların yenidən başlanması ehtimalı olduğu müddətcə iri sərmayəçilər Ukraynanın bərpasına milyardlarla dollarlıq sərmayə qoymayacaqlar.

ABŞ generalının sözlərinə görə, yarımada o qədər əlverişli mövqedə yerləşir ki, bütün Qara dəniz sahillərinə, eləcə də hərbi və ticarət gəmiçiliyinə buradan nəzarət etməyə imkan verir.

Bundan əlavə, Ben Hodces qeyd edib ki, Krımdakı bazalardan potensial düşmənin hərbi obyektlərinə və infrastrukturuna zərbələr endirmək mümkündür.

Mənbə: MK.ru