Peskov Putinin andiçmə mərasimində iştirakdan imtina edən ölkələr barədə danışdı: Cavab addımı olacaqmı?
“Bəzi ölkələrin səfirlərinin Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakdan imtina etməsi cavab addımları üçün əsas deyil”.
Bu sözləri mayın 7-də mərasimdən əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Xatırladaq ki, daha əvvəl Almaniyanın “Spiegel” nəşri Vladimir Putinin andiçmə mərasimində iştirakla bağlı Aİ-yə üzv dövlətlər arasında fikir ayrılığının olduğu barədə yazmışdı.
Qeyd edək ki, mayın 7-də Kremldə Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.
Mənbə: MK.ru