Peskov Putin və Paşinyanın görüşündən danışdı

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçiriləcək danışıqlar zəruri və gözləniləndir”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Görüş zəruridir və hər iki tərəfdən gözlənilir”, - deyə o, qarşıdakı danışıqları xarakterizə edib. Qeyd edək ki, daha əvvəl Kreml son vaxtlar Moskva ilə İrəvan arasında problemli məsələlərin yığılıb qaldığını bildirmişdi. Rusiya hakimiyyət orqanları ümid edirlər ki, qarşıdakı danışıqlar bu məsələlərə son qoyulmasına imkan verəcək.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin sammitində sədr kimi iştirak etmək üçün bu gün Moskvaya səfər edib.

Mənbə: MK.ru