İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
Tehranda repressiv “əxlaq” polisi baş örtüyü olan qadını həbs edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, İran hökuməti məcburi hicab qanunlarını pozanlarla yanaşı, buna tabe olan qadınlara da təzyiq göstərir.
Sosial şəbəkələrdə paylaşılan video insanlar tərəfindən tənqid edilib. Belə ki, hökumətin qadınlara qarşı sərt tədbirləri insanları bezdirib.