Belqorod atəşə tutuldu: Azı səkkiz yaralı var - FOTO/VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hava hücumu nəticəsində azı səkkiz nəfər xəsarət alıb.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib.

O, yaralılardan birinin 11 yaşlı qız olduğunu vurğulayıb.

Qladkov hava hücumu nəticəsində bir fərdi evə və 19 çoxmərtəbəli binada 34 mənzilə ziyan dəydiyini, bundan başqa, 37 nəqliyyat vasitəsinin zərər gördüyünü əlavə edib.

“Hücumun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir”, - deyə qubernator vurğulayıb.