Beynəlxalq təşkilatdan çağırış: “İranda hicab məcburiyyəti ləğv edilsin” - FOTO
Beynəlxalq Əfv Təşkilatı İran hökumətindən hicab məcburiyyəti qanunlarını ləğv edərək, bu qanunlara əməl etməyən iranlı qadın və qızların cəzalandırılmasına son qoymasını və hicaba əməl etmədiyi üçün həbs olunan bütün qadınların qeyd-şərtsiz azadlığa buraxılmasını istəyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, təşkilat repressiv əxlaq polisinin fəaliyyətinin dərhal dayandırılmasının vacibliyini də vurğulayıb. Bununla yanaşı, qadınların hüquqlarının pozulmasında iştirak edənlərin mühakimə edilməli olduğuna diqqət çəkib.
“İran hökumətinin repressiv qüvvələri qadınları həbs edərkən elektroşoker aparatından istifadə edirlər. Ölkədə ədalətsiz məhkəmə prosesləri keçirilir, insanlar mənasız cərimələrlə üzləşirlər”, - deyə təşkilatın məktubunda əlavə edib.