Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər
Korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair təkliflər hazırlanacaq.
“Report”un əldə etdiyi məlumata görə, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planında əksini tapıb.
Sənəddə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinə noyabrın 1-dək təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.