"“Şimal axını”nın partladılmasından faydalananlar məlumdur" - V.Putin
Dünya iqtisadiyyatı və energetikası kəskin böhran yaşayır ki, bu da ayrı-ayrı ölkələrin təxribatçı əməlləri ilə bağlıdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi”ndə çıxışında bildirib
Onun sözlərinə görə, “Şimal axını” qaz kəmərindəki terror aktının məqsədi bütün qitənin enerji təhlükəsizliyini pozmaq, ucuz enerji mənbələrini bağlamaq olub.
“Şimal axını”ndakı təxribatın arxasında Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında əlaqələri pozmağa, Avropanı zəiflətməyə çalışanlar dayanır. “Şimal axını”nın partladılmasından faydalananlar məlumdur: ABŞ və alternativ təchizat marşrutları olan ölkələr”, deyə Rusiya Prezidenti vurğulayıb.
Putin Rusiyanın yaxın vaxtlarda “Sibir gücü-2” qaz kəmərinin və onun Monqolustanda yerləşən “Soyuz-Vostok” hissəsinin tikintisinə başlayacağını açıqlayıb.
Rusiya Prezidenti sosial qazlaşdırma proqramının 2022-ci ildən sonra uzadılması barədə hökumətə göstəriş verib.