Azərbaycan qaz ixracını 22,6% artırıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan qaz ixracını 22,6% artıraraq 16,3 milyard kubmetrə çatdırıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, cari ilin doqquz ayında Azərbaycan qazının Avropaya tədarükü 8,3 milyard kubmetr təşkil edib.

Türkiyəyə qaz tədarükü 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr olub.