Aqrar sahədə 3% artım olub



Bu ilin yanvar-sentyabr ayları üzrə ölkənin kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8919,4 milyon manat təşkil edib ki, onun da 3892,8 milyon manatı heyvandarlıq, 5026,6  milyon manatı  isə bitkiçilik məhsullarının payına düşür.

“Vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 3 faiz artıb.