Azərbaycanda kartof istehsalı 3,7% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 021 913 ton kartof istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 37 091 ton və ya 3,7% artıb.
Hesabat dövründə 54,1 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,3% azdır.
Bununla yanaşı, cari ilin ilk 9 ayında kartof yığımında məhsuldarlıq 189 sentner təşkil edib. Bu isə 2021-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 9 sentner və ya 5% çoxdur.