SOCAR-ın podrstçı şirkəti Əmək Məcəlləsini pozur
"Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı" İB-nın sədri Mirvari Qəhrəmanlı Feyzbuk səhifəsində yazır ki, ölkədə fəaliyyət göstərən neft şirkəti qanunları konut şəkildə pozur.
O, yazır:
"“Qanundankənar" Con Harkins yenə Azərbaycanın əmək qanunvericiliyini pozmaqda davam edir və cəzasıq qalır (Azərbaycan Respublikasının Əmək Məcəlkəsi (ARƏM) 5.1).
Artıq bir neçə ildur ki, Bahar ƏŞ-nin (prezident Con Harkins) işçiləri əmək haqlarını vaxtlı vaxtında ala bilmirlər. Əmək haqları hissələrə bölünüb ödənilir. İşçilərə bunu vəsaitin olmaması ilə izah edilir.
Əmək haqlarını gecikdirdiyi üçün cənab Con ARƏM 172.5-ci maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində əlavə ödənş etməlidir. Lakin cənab Con illərdir ki, buna görə işçilərə əlavə ödənş də etmir.
Onu da qeyd edim ki, ölkədə güc "sahibi" olan cənab Con dəfələrlə ölkənin əmək qanunvericiliyini pozmuş, ixtisar, yaxud müxtəlif məbləğdə pul ödəməklə çoxlu sayda insanı işsiz qoymuşdur.
Bahar ƏŞ işçisi yazır ki, kömək edin, ailəmiz acdır, maaşımızı çox gec verirlər. Deyirəm, məhkəməyə ver, şikayət elə kömək edərik. Deyir qorxuram, hədəliyirlər ki, işdən qovarıq, yerinə Hacı Qurbanın adamları işləyər.
“Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Vircin adalarında qeydiyyatdan keçmiş "Bahar Energy Ltd" şirkəti çıxış edir. "Bahar Enerji"-nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib".