İranlı "ekspert" anti-Azərbaycan ünsürləri qızışdırır



İllərdir Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə gündəmə gələn Ehsan Movəhhedian adlı “siyasi analitik” bu gün özünün “Tvitter” hesabında Rusiyada gizlənən azərbaycanlı separatçı talış ünsürlərlə canlı video bağlantısından təxribat xarakterli fotolar paylaşıb:

“Dünən gecə Əliyevin “zülmü” altında olan əziz talışlarla ətraflı söhbət etdik. Onlar da İrana qayıtmaq üçün çox darıxırlar, bizim kimi!

İran Naxçıvanı ilə yanaşı, İranın Talış bölgəsi də tezliklə Vətənin qoynuna qayıdacaq və Bakı, Türkiyə, İsrail və NATO “quldurlarının” İranın iqtisadiyyatına və təhlükəsizliyinə qarşı qurduqları geosiyasi konspirativ planların qarşısı həmişəlik alınacaq!”.