Qazaxın Xeyrımlı kəndindən çıxan ermənilərə Ermənistan hökuməti 50-130 min ABŞ dolları məbləğində kompensasiya verir.
Bu barədə "Sputnik"in Ermənistan bölməsi öz mənbələrinə istinadla bildirib.
Məlumata görə, 30 sakindən 20-si hökumətin təklif etdiyi kompensasiyanı qəbul edib. Onların bəziləri işğal illərində Xeyrımlıda tikdikləri evləri sökməyə başlayıblar.
Qeyd edək ki, ümumilikdə 54 daşınmaz əmlak obyekti, həmçinin üç mağaza, bir avtomobil hissələri satışı məntəqəsi, 48 torpaq sahəsi və bir neçə hektar kommunal torpaq Azərbaycanın nəzarətinə keçib.