Hollivud ulduzu və iki dəfə "Oskar" mükafatı laureatı Kevin Speysi məhkəmə xərcləri ucbatından milyonlarla dollar borcu olduğunu və evini itirmək təhlükəsi ilə üzləşdiyini etiraf edib.
Bu barədə yerli kanalların birində danışan aktyor göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, aktyorun həyatı yeddi il əvvəl cinsi təcavüz ittihamı ilə dəyişib. O, 1986-cı ildə 14 yaşlı Entoni Reppi zorlamaqda günahlandırılıb. Bundan sonra daha 15 nəfər Speysini cinsi təcavüzdə ittiham edib.
Speysi karyerası boyunca "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" kimi nüfuzlu mükafatlara layiq görülüb. Lakin son illərdə onun karyerası cinsi təcavüz ittihamları səbəbindən böyük zərbə alıb; o, bir çox layihələrdən uzaqlaşdırılıb.
"Oskar" mükafatçısı göz yaşlarını saxlaya bilmədi: "Evimi itirirəm"
Mənbə: "Svejesti" "Telegram" kanalı