Zaxarova: "Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub"

"Çoxları Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətləri pozmaq istəyirlər".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə news.ru-nun sualını cavablandırarkən deyib.

O qeyd edib ki, münasibətlərin pozulması üçün çox cəhdlər olub.

M.Zaxarova əlavə edib ki, Rusiya bəzən ona ünvanlanan təhqiredici bəyanatlara baxmayaraq, bu cəhdlərin nəticəsiz qalması üçün hər şeyi edib.