"Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora ilə Azərbaycan-Aİ təhlükəsizlik dialoqunun beşinci raundunu keçirdik".
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsindəki paylaşımında qeyd edib.
"Aİ-Azərbaycan əməkdaşlığının daha da artırılması, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə etdik. Azərbaycanın Aİ-nın dəyərli və etibarlı əməkdaşı olduğu vurğulandı", - deyə paylaşımda bildirilib.
@enriquemora_ we had 5th round of security dialogue btw Azerbaijan-European Union.We discussed further development of EU-Azerbaijan partnership, regional/global issues of mutual interest. It was stressed that Azerbaijan is valuable and reliable partner of EU. pic.twitter.com/dA5b6v2hVL
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 13, 2024