İran mediasının Azərbaycana təhdidləri səngimir


İran hökumətinə bağlı siyasi təhlilçi Salar Seyfəddini həyasızcasına Azərbaycanı hədələməyə davam edir.

Belə ki, o, öz "tvitter" hesabında yazır: ""Bakı hakimiyyəti" bizim hərbi xəbərdarlıqla nəticələnən son siyasi addımımızdan sonra əqli müvazinətini itirib. Mən Əliyevin əlindəki ölkəyə ad da qoya bilmirəm.

Coğrafi xəritədə bir ləkə boyda olan və adı da öz xəritəsinin üzərinə sığmayan bu yer yaxşı olardı ki, öz həddini bilsin. Yoxsa bu xəcalət ləkəsini xəritədən silərik!".