Rusiyalı məşhur mərasimə milyon dollarlıq zinət əşyası ilə gəldi

Rusiyalı müğənni Lolita Milyavskaya "Muz-TV"nin mükafatlandırma mərasiminə bir milyon dollar, hətta daha baha olan zinət əşyası taxaraq gəlib.

Bu, zümrüdlü boyunbağı olub. Lolitanın dediyinə görə, o, boyunbağını özü özünə hədiyyə edib.

Zərgər Qriqori Bakatov zinət əşyasını bir milyon dollardan çox qiymətləndirib. Onun sözlərinə görə, boyunbağının əsas özəlliyi 10 karatlıq zümrüddür.

"Nadir və inanılmaz dərəcədə bahalı bir zərgərlik əşyasıdır", - zərgər bildirib.

Mənbə: mk.ru