Azərbaycan və Ermənistan rəhbərlərinin Soçidəki bəyanatlarının tezislərı
Paşinyanın Soçidə səsləndirdiyi bəyanatdan:
▪️ Bizim üçün Qarabağ məsələsində Rusiyanın yanaşmaları məqbuldur.
▪️ Azərbaycan və Ermənistan sərhədində təhlükəsizlik gücləndirilməlidir.
▪️ Azərbaycan qoşunları Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılmalıdır.
▪️ Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazilərindən çıxarılmalıdır.
▪️ Erməni əsirlərin qaytarılması məsələsi həll olunmalıdır.
▪️ Ermənistan ərazisindən keçən bütün kommunikasiya xəttləri rəsmi Yerevanın nəzarətində olmalıdır.
İlham Əliyev Soçidəki bəyanatından:
▪️ Qarabağ münaqişəsi tarixdir. Bu kontekstdə müzakirə olunacaq bir şey yoxdur.
▪️ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb.
▪️ Bakı Yerevanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb, bunun əsasında normallaşmaya nail olmaq olar.