Paşinyan sülhməramlıların müddətini uzatmağı təklif edibmi?
Putin Paşinyanın ona (S)Arsaxdakı sülhməramlıların mandatını 5 ildən 20 ilə qədər uzatması təklifinə cavab verib.
"Biz bu barədə danışdıq. Bunun üçün bizim birgə razılaşmamız lazımdır. Bu, sülh müqaviləsinin mümkün variantlardan biri üzrə bağlanmasından, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsindən asılı olacaq. Bu məsələlər həll olunarsa, o zaman sülhməramlıların məsələsi başqa cür olacaq. Əgər həll olunmasa, yaxud müəyyən dərəcədə həll olunmasa, onda bizim sülhməramlı kontingentimizin taleyi tamamilə başqa cür olacaq”, - Putin bildirib.