Fransa Ermənistanı silahlandırmaqda davam edir

"İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar".

Bu açıqlama ilə Fransanın müdafiə naziri Sebastyan Lekornu özünün "X" hesabında məlumat verib.

"Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ CAESAR silahlarının alınması üçün müqavilənin imzalanmasıdır", - deyə Fransanın müdafiə naziri qeyd edib.

Qeyd edək ki, CAESAR özüyeriyən silahı zirehli kabinli "Renault Sherpa" 10 yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.