Polşa Belarusla sərhədi bağlaya bilər

Polşa Belarusla sərhədi tamamilə bağlamaq imkanını nəzərdən keçirir.

Bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirib.

Hazırda ölkələr arasında bir sərnişin və iki yük sərhəd keçid məntəqəsi fəaliyyət göstərir.

"Belarusun hərəkətləri ilə əlaqədar olaraq, biz bütün sərhəd keçidlərinin bağlanmasını nəzərdən keçiririk, bunun Polşa iqtisadiyyatı üçün nəzərəçarpacaq dərəcədə təsirlərinin olub-olmayacağı sualını öyrənirik", - nazir deyib.

Qeyd edək ki, may ayında Polşanın Baş naziri Donald Tusk sərhəd xəttindən təqribən 200 metr enində bufer zonasının yaradılmasını elan edib. Daha sonra, iyunun 2-də, ümumilikdə bufer zonasının 27 bölgəni əhatə edəcəyi dəqiqləşdirilib. Xatırladaq ki, Belarusun Polşa, Latviya və Litva ilə sərhədində vəziyyət 2021-ci ildə Yaxın Şərqdən olan qaçqınların Avropa İttifaqına daxil olmaq üçün sərhəd məntəqələrinə axışması ilə daha da pisləşib.

Mənbə: iz.ru