Avropa Parlamentində rusiyayönlü fraksiya yarana bilər

"Almaniya üçün Alternativ" (AfD) partiyası Avropa Parlamentində Rusiya ilə münasibətlərin normallaşdırılmasına və "Aİ-nin hegemonluğundan qurtulmağa" tərəfdar olan "Suverençilər" fraksiyası yaratmaq niyyətindədir.

Qeyd edək ki, may ayında AfD-nin bütün nümayəndələri partiya təmsilçisi Maksimilian Kra ilə bağlı bir sıra qalmaqallar fonunda İdentiklik və Demokratiya fraksiyasından xaric edilib. Bundan sonra "Almaniya üçün Alternativ" Avropa Parlamentində digər ittifaqlar yaratmaq variantlarını axtarmağa başlayıb.

Fraksiya yaratmaq üçün Aİ-nin yeddi dövlətindən ən azı 23 deputat lazımdır.

Mənbə: gazeta.ru