Kino ulduzu yeni doğulan körpəsindən danışdı

Hollivud aktyoru Robert Pattinson yeni doğulan qızı haqqında danışıb.

O, Parisdə Kişi Dəbi Həftəsi çərçivəsində baş tutan "Dior Homme" şousuna qatılıb. Tədbirdə jurnalistlər aktyordan mart ayında doğulan qızı haqqında danışmağı xahiş ediblər.

"O, çox gözəldir. Bilirsinizmi, onların tez bir zamanda şəxsiyyət kimi formalaşmasına heyranam. O, cəmi üç aylıqdır, amma mən ona baxıb düşünürəm ki, onun kim olduğunu artıq başa düşürəm", - deyə sənətçi bildirib.

Xatırladaq ki, Pattinson 2018-ci ildən aktrisa və müğənni Syuki Uoterhaus ilə münasibətdədir. İyunun 8-də məlum olub ki, cütlük övladları dünyaya gəldikdən sonra evləniblər.

Mənbə: gazeta.ru