Erməni müəllimlər 1011 dollar əmək haqqı alır

Paşinyan: “Biz müəllimlərə 400 min dram maaş almağa imkan yaradırıq, lakin bu, yalnız başlanğıcdır”

“Bəli, bu gün biz müəllimlərə 400 min dram (1011.32 dollar) maaş almağa imkan yaradırıq, lakin bu, yalnız başlanğıcdır. Ermənistan Respublikasında müəllim 800.000 (2022,64 dollar), 1.000.000 (2528.31 dollar), 1.200.000 dram (3033.98 dollar) maaş almalıdır”, - Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü Ermənistan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.