Ayda milyard xərcləyən SOCAR-ın fəhlələri qan ağlayir
SOCAR işçılərinə döyə-döyə halva yedirdir...
Nefçilərin Hüquqlarının Müdafiəsi Təskulatının rəhbəri Mirvari Qəhrəmanlı öz Fb.com hesabında SOCAR fəhlələrinin şikayətlərini dərc edib. 9 ayda 6 milyard manatdan çox xərcə malik olan bir dövlət şirkətində işləyən fəhlələrin şikayətləri ilə tanış olanda adamın təəccübdən gözkərı bərələ qalır.
Bir neçə şikayətlə oxucularınızı da tanış etmək istərdik.
SOCAR-ın 'Azneft" İB-nə məxsus 28 May NQÇİ-dən neftçilər yazdı ki, onlar mövcud problemin həllində müvafiq vəzifəli şəxslərdən(şəxsdən) köməklik gözləyirlər.
Bu müraciət SOCAR prezidenti cənab Rövşən Nəcəfə ünvanlanıb: "Bir dəfə də futbol yarışını Çilov adasında təşkil edin. Adaya da 8 nəfərlik helikopterlə yox, neftçilərlə birlikdə - şikayətdə qeyd olunan gəmi ilə gedin.
Çilov adasına gedib gəlməyimiz çox çətinləşib. Vertolyotla Çilov adasına gediş-gəlişə rəhbərlik tərəfindən icazə verilmir. Düzdür, bəzə hallarda - küləkli hava şəraitindən asılı olaraq helikopterlə gedib-gəlmək imkan yaranır. Gəmi ilə gediş-gəliş lap biyabırçı vəziyyətdədir. Deyirlər saat 8-də Zığ limanında toplaşın, amma saatlarla gölzəməli oluruq. Saat 9-10 radələrində limandan çıxmalı olan gəmi, 11-12-dən tez çıxmır. Bizə “Üfüq” gəmisi ayrılmışdır. O da 4 saata gedir, üstəlik saatlarla gözləməli oluruq. Hərdən “Neft Daşlarına” ayrılmış “Qara Qarayev” gəmisi bizə ayrılır, həftənin birinci günləri, o da hava şəraitindən asılıdır. Çox əziyyət çəkirik, şirkət tərəfindən bir normal gəmi ayırmırlar ki, bizdə insan kimi evə-işə rahat gedək.
İkinci şikayət isə "Azneft" İB-ya ünvanlamıb.
-Noyabr ayının birindən etibarən bütün işçilərə məcburi şəkildə yeməkxanada öz hesabına nağd pulla qidalanmaq göstərisi verilib. Həm də keyfiyyətli yemək vermirlər. Başa düşə bilmirik, kimin nə şəxsi marağı var? Niyə biz mütləq yeməkxanada, həm də keyfiyyətsiz yeməklərlə qidalanmalıyıq?
Rəhmətlik Molla Nəsrəddin demişkən, SOCAR işçılərinə döyə-döyə halva yedirdir...