Dünya Ukraynanı təbrik edir!

Bəs Azərbaycan necə..?

Rusiyanın işğalı altında olan yeganə vilayət mərkəzinin, Xerson şəhərinin azad edilməsi ilə bağlı dünyanın dörd bir yanından Ukraynaya təbriklər göndərilir. ABŞ Xersonun azad edilməsini Ukraynanın möhtəşəm qələbəsi adlandırıb.
Rusiyanın biabırçı məğlubiyyəti, Ukraynanın möhtəşəm qələbəsi münasibəti ilə Gürcüstan da daxil olmaqla posstssovet ölkələrinin bir neçəsinin dövlət və hökumət başçısı Ukrayna xalqını və dövlətini təbrik edib.
Azərbaycandan Ukraynaya belə bir təbrik göndərilməsi ilə bağlı məlumat əldə edə bilmədim. Əgər bu gün Azərbaycan prezidenti Xankəndindəki Rusiya “sülhməramlı”larının fəaliyyət müddəti haqqında dəqiq tarix göstərə, İrandakı soydaşlarımızın hüquq və təhlükəsizliyindən danışa bilirsə bunun əsas səbəbi Rusiyanın Ukraynada məruz qaldığı məğlubiyyətdir.
Ukraynanın Rusiya üzərində qələbəsi Gürcüstan üçün nə qədər həyati əhəmiyyətlidirsə, Azərbaycan üçün ən azı iki dəfə daha artıq həyati əhəmiyyətə malikdir. Buna baxmayaq Azərbaycan rəsmiləri Ukraynanı təbrik etməyib.
Azərbayan dövlətinin və cəmiyyətinin adından qardaş Ukrayna xaqlını və dövlətini Xerson şəhərinin azad edilməsi müansibəti ilə təbrik edirəm.
Слава Україні!

Xəqani Cəfərli