Üç yaşlı Muradın dəstəyə ehtiyacı var: Təcili əməliyyat olunmalıdır

Üç yaşlı Muradın təcili əməliyyata ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Yasəmən Quliyeva məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:

"Muradın üç yaşı var. İki il əvvəl həkim müayinəsi zamanı onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həkimlər həmin dövrdə onun bədəninin bu əməliyyata hazır olmadığını və müalicə almalı olduğunu dedilər. Biz bir müddət onu müalicə etdik, vəziyyəti ağırlaşdı deyə Türkiyəyə yollandıq. Demək olar ki, son bir ildir bu əməliyyat üçün Muradı hazırlayırlar. Onun donoru öz atasıdır".

Yasəmən Quliyeva övladının əməliyyatı üçün təcili yenidən Türkiyəyə yollanmalı olduqlarını deyib:

"Muradın əməliyyatı çox bahadır. Həkimlər bu əməliyyat üçün bizdən 93 500 manat tələb ediblər. Bu məbləğin 90 min manatını evimizi sataraq, dost tanışın dəstəyi ilə toplaya bilmişik. Qalan 2 000 manatı isə sizin saytın izləyicilərinin dəstəyi ilə toplamışıq. Hazırda 1 500 manatımız çatmır. Əməliyyat üçün isə təcili Türkiyəyə yollanmalıyıq. Murad bizim yeganə övladımızdır, onun üçün hər şeyimizdən keçmişik, keçməyə də hazırıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 448-68-43.

Beynəlxalq Bank: 5522 0993 6306 7547.