Ağsuda maşını ağaca çırpılan sürücü ölüb

Ağsuda maşını ağaca çırpılan sürücü ölüb.

APA xəbər verir ki, hadisə Muradlı kəndində qeydə alınıb.

1967-ci il təvəllüdlü Vüqar Sultan oğlu Abbasov özünə məxsus "Mercedes-Benz Vito" markalı avtomobildə qəfildən idarəetməni itirərək ağaca çırpılması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.