Bakıda iki qadın xəstəxanalıq oldu

Bakıda iki qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

"Report" xəbər verir ki, ilk hadisə Suraxanıda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Firuzə Fakir qızı Mühürova xəsarət alıb.

Digər qəza isə Xəzər rayonunda baş verib. Orada da iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Rəvanə Rəhman qızı Nəcəfova xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı araşdırma aparılır.