Səkkiz yaşlı uşağın bədəni bir göz qırpımında alışıb-yandı

Kürdəmirdə səkkiz yaşlı uşaq atasına kömək edərkən yanıb.

Bu barədə Lim10.az-a onun anası Şəbinə İbrahimova məlumat verib.

Bildirilib ki, hadisə 19 may tarixində Qocalı kəndində baş verib:

"Səkkiz yaşlı övladım Əbülfəz İbrahimli atasına pul qazanması üçün kömək edərkən ağır yanıq xəsarətləri alıb. Belə ki, o, içində benzin olan qabı atasına uzadıb və mayenin üzərinə dağıldığının fərqində olmayıb. Atası samanla işi bitdikdən sonra kibritdən istifadə edib. Bu zaman Əbülfəzin paltarı alışıb. Bakıda xəstəxanaların birində müalicə aldıq. Oğlumun vəziyyəti çox ağırdır. Tanınmaz hala düşüb. Atası hadisə zamanı özünü itirib deyə onun alışan paltarını söndürə bilməyib. İmkanlı şəxslərin dəstəyi ilə özəl klinikaların birində Əbülfəz müayinədən keçib. Tək dərmanlarına 900 manat pul ödədik. İndi bizə yenidən kömək lazımdır. Üç gündən bir Əbülfəzin sarğıları dəyişməli, təmizlənməlidir. Bu da hər dəfə üçün 30 manat deməkdir. Bizə yenidən kömək lazımdır. Xahiş edirik bizim ailəyə yenidən dəstək olun. Sarğıların dəyişməsi, yaraların təmizlənməsi (narkozla) üçün bizə 700 manat pul lazımdır".

Əlaqə nömrəsi: 070 680 72 38

Kart nömrəsi: 4169 7388 7746 2196