İxracatımız dollar ifadəsində 2 dəfə artıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 46 299.01 mln. ABŞ dolları təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 20 116.31 mln. dollar və ya 76,8 faiz çoxdur.
Cari ilin 10 ayında ixrac əməliyyatları 34 711.43 mln. dollar olub ki, bu da 2021-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 17 862.52 mln. dollar və ya 2 dəfədən çoxdur.
Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri 11 587.58 mln. dollar olub ki, bu da bir il öncəki göstəricidən 1 948.83 mln. dollar və ya 24,1 faiz çoxdur.
Nəticədə ölkənin xarici ticarətində 23 123.85 mln. dollar məbləğində müsbət saldo yaranıb. İllik ifadədə xarici ticarət üzrə müsbət saldo 3 dəfədən çox artıb.
Qeyd edək ki, hökumət nümayəndələri bu göstəricilərinin artımını ölkənin iqtisadi inkişafı ilə əlaqələndirməyə çalışırlar. Lakin bu il ixracatın dollar ifadəsində artımı neftin bahalaşması ilə əlaqədardır. Belə ki, ötən ilin eyni döveü ilə müqayisədə xam neft dünya bazarında 2 dəfə, qaz isə 4-5 dəfə baha qiymətə təklif edilir. Halbuki, natural ifadədə bu il ötən ilin eyni dövrü ilə müqayisədə 8% az neft ixrac etmişik.
O ki qaldı idxala, burada da artım yalnız dünya bazarında qiymətlərin bahalaşması ilə bağlıdır. Əslində 8sə yenə natural ifadədə bu il ötən illə müqayisədə daha az əmtəə idxal etmişik.