Avropa Rusiyanı terrorizmin himayədarı kimi tanıyacaq

Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qətnamə qəbul edəcək. Avropa Parlamentindəki siyasi qruplar Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qətnamənin mətni üzərində razılığa gəliblər. Qətnamə ilə bağlı səsvermə gələn həftə keçiriləcək.
Avropa Şurası Parlament Assambleyası bir müddət öncə Rusiya hakimiyyətini terrorçu rejim kimi tanımış, üzv dövlətləri də müvafiq qərarlar qəbul etməyə çağırmışdı. Bu çağrışdan sonra bir sıra Avropa ölkələrinin parlamentləri, o cümlədən Polşa Senatı və Çexiyanın Deputatlar Palatası Rusiyanın hakimiyyət orqanlarını terrorçu rejim kimi tanınması haqqında qərar qəbul edib.
Rusiya və İranın çöküşü 60 milyonluq Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarının təminatının əsas şərtidir. Ona görə də Rusiya və İran əleyhinə bütün qərarlar Azərbaycan xalqının maraqlarına uyğundur və xalqımız tərəfindən dəstəklənməlidir.
Rusiya və İran çöküşün ərəfəsindədir. Ancaq bəzi dövlətlərin iqtidarları Rusiya və İranı xilas etməyə, onların çöküşünün qarşısını almağa çalışır. Rusiya və İranı xilas etməyə çalışanlar Azərbaycan xalqının dostu və ya müttəfiqi ola bilməz.

Xəqani Cəfərli