Paytaxtın bəzi hissələrində suyun verilməsində fasilə yaranacaq

8 Noyabr prospektində istismar müddətini bitirmiş boruların yenisi ilə əvəzlənməsi istiqamətində tədbirlər planı həyata keçirilir.

Lim10.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Yeni çəkilən xətt iyulun 20-də mövcud şəbəkə xəttinə qoşulacaq və bununla bağlı iki nöqtədə birləşmə işləri görüləcək. Birləşmə işləri səhər saat 08:00-da başlanacaq, 17:00-da başa çatacaq. Bu müddətdə Corat, Mirzə Davud və Xəzər küçələrində, 8 Noyabr prospektinin bir hissəsində əhaliyə və qeyri-əhaliyə suyun verilməsində fasilə yaranacaq.

Təmir-bərpa, köhnə xəttlərin yenilənməsi, əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər intensiv şəkildə davam etdirilir və hər mərhələ üzrə qısa müddətdə başa çatdırılır.