İranlı ekspertin Azərbaycan əleyhinə cəfəngiyatı davam edir

Ehsan Movəhhediyan

Qatı anti-Azərbaycan açıqlamaları ilə İranda müəyyən siyasi dairələrə xidmət edən və yalnız iki ölkə əlaqələrini zədələməklə məşğul olan Ehsan Movəhhediyan özünün “Tvitter” hesabında Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı böhtan və təhdidamiz ifadələr işlədib, əsassız iddialar irəli sürüb:

“İranın İzə şəhərində törədilən terror hadisəsinə Əliyevin terrorçuları da müdaxilə edib, bu, Şahçıraqdakı terror aktından sonra sayca ikincidir. İndi İran XİN də göz yumur ki, amandır, bu mənfur düşmənlə (Azrbaycan) münasibətlərimiz korlanmasın. Bakı quldurlarını cəzalandırmaq lazımdır. Yolunu siz bilirsiniz. Türkiyə və İsrail də heç bir qələt edə bilməzlər. İranda (Azərbaycana) lobbiçilik edənlərə lənət olsun!”