16 yaşlı Miryusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Məryəm Əliyeva məlumat verib.
O bildirib ki, övladı artıq bir ildir, kəskin mieloblast leykoz xəstəliyindən əziyyət çəkir.
"Miryusifin 16 yaşı var. Xəstəliyini bildiyimiz gündən onun bütün müalicələrini vaxtlı-vaxtında etmişik. Amma demək olar, müsbət heç bir irəliləyiş qeydə alınmayıb".
Məryəm Əliyeva övladının ilikköçürmə əməliyyatı edilməli olduğunu deyib:
"Mənim Miryusifdən başqa bir qızım da var, biz ilik nəqli üçün analizlər verdik, ən uyğun donor mən oldum. Bu əməliyyat çox bahalıdır, 90 min ABŞ dolları tələb olunur. Bu məbləği toplamaq bizim üçün mümkünsüzdür. İnanın, Bakıda bir gün bir qohumun evində qalırıq, bir gün başqasının. Əlimizdə olanı satıb müalicə üçün xərcləmişik. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirik".
Ailə ilə əlaqə: (051) 565-45-24.
Bank kartı: 5239 1517 4788 4719