"Azərbaycan İsrail üçün mühüm tərəfdaşdır"

İsrailin baş naziri Yar Lapid Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq qərarını alqışlayır.

"Azərbaycan İsrail üçün mühüm tərəfdaşdır və müsəlman dünyasının ən böyük yəhudi icmalarından birinə ev sahibliyi edir. Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə güclü siyasi körpülər qurmaq səylərinin bəhrəsidir. Prezident İlham Əliyevə təşəkkür etmək və indi ilk dəfə İsrail Dövlətində təmsil olunacaq Azərbaycan xalqını təbrik etmək istəyirəm”, – Yar Lapid Twitter-də yazıb