"Neftçi" MTK ölkədə "at oynadır"
Məs: Neftçi MTK☝️
Azərbaycanda vətəndaşların hüquqlarını pozan və məsuliyyətə cəlb olunmayan MTK-lar çoxdur. Amma bu MTK-lara bir "dur" deyən də yoxdur. Belə tikinti şirkətlərindən biri də SOCAR-ın işçilərinə mənzil tikən "Neftçi" MTK-dır. Bu şirkətdə baş verməsi adi hal alan qanun pozuntularının aşahıdakılardan ibarətdir:
1. Vətəndaşlarla bağlanan müqavilələrdə mənzilin sahəsi "Çıxarış"da faktiki olan sahədən ən azı 10 faiz çox göstərilir və vətəndaşlar bu pulu ödəmək məcburiyyətində qalırlar;
2. Vətəndaşlara verilən mənzil sahəsi evin daxili ölçüsü ilə deyil, divarlar da daxil edilməklə hesablanır və nəticədə mənzilin sahəsi faktiki sahəsdən çox göstərilir. Eyni zamanda balkon da yasayış sahəyə daxil olur;
3. Mənzil tikilib istifadəyə veriləndən sonra evlərin idarəçiliyi payçılara verilmir, qanunsuz olaraq MTK-nın özü tərəfindən idarə olunur. Bununla da MTK-lar xidmət xərclərini şişirtməklə hər binadan ayda on minlərlə manat qazanc götürür;
4. Tikinti şirkəti xidmət zamanı mühafizə, qaz, su, işiq, təmizlik və sair adlarla böyük məbləğdə aylıq ödənişlər təyin edir;
5. Elanlarda mənzillərin satışı ilə əlaqədar olan qiymətlə, real satış qiymətləri böyük fərqli olur;
6. Sosial şəbəkələrdə vətəndaşların suallarına şəffaf cavab verilmir, "sizə mesaj göndərildi", satış məntəqələrinə müraciət edin və sair kimi cavablar verilir;
7. Bir çox MTK-ların işçiləri sual verən və məlumat almaq istəyən vətəndaşlarla kobud danışır və onları müxtəlif vasitələrlə sıxışdırır;
8. Müqavilələrdə vətəndaşlar üçün məsuliyyət nəzərdə tutulsa da, MTK-lar üçün heç bir məsuliyyət nəzərdə tutulmur;
9. Elanlarda tam təmir adı ilə elan versələr də, müxtəlif bəhanələrlə vətəndaşlardan təmir adı ilə əlavə pul da alırlar;
10. Elanlarda mənzilin təhvil verilməsi ilə eyni zamanda "Çıxsrış"ın da verilməsi bildirilsə də, verilmir və ya uzun müddət sonra verilir;