Xaçmazda "Mercedes" mopedi vurub: Ölən var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yalama kəndi istiqamətində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil mopedi arxadan vurub, nəticədə mopedin sürücüsü 1991-ci il təvəllüdlü Rəhman Ramazan oğlu Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.