Yevlaxda ev yanıb, xəsarət alanlar var

Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Lim10.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.