Ağcabədidə yol kənarında yanğın olub

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Bəhrəmtəpə-Mingəçevir magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Yol kənarında salınmış yaşıllıq massivində yanğın başlayıb. Nəticədə bir neçə irigövdəli ağac yanıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.