Xaçmazda evdə partlayış olub: Biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb

Xacmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.

APA xəbər verir ki, hadisə zamanı həmin evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və iki yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hazırda faktla bağlı araşdırma aprılır.