Dövlət şirkəti vətəndaş hüquqlarını kobud şəkildə pozur


Uzun illərdir ki, SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə əksər işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanır. Təbii ki, bu proses şirkətin baş ofisinin göstərişi və ölkə qanunvericiliyinin pozulması ilə icra edilir. Məqsəd isə birdir: xoşagəlməz işçinin rahatlıqla işdən azad edilməsi!
Azərbaycan Respublikasının Əmək Məcəlkəsinin (ARƏM) 45. 4. Maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən, yəni müddətsiz bağlanmalıdır.
SOCAR-ın işəgötürənləri isə işçilərlə müqavilə bağlayarkən Məcəllənin 47.f bəndini pozaraq (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;) işçinin razılığı olmadan onunla məcburi qaydada müddətli müqavilə bağlayır.
İxtisarlar aparılsrkən proqrama qoşulmuş işçilərin işlə təmin olunması zamanı da bu siyasətdən istifadə olunur.

ARƏM-in 311-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyət nəzərdə tutulur. Amma çox təssüf ki, işçi hüquqlarını məhdudlaşdıran bu siyasəti həyata keçirənlər hələ də cəzasız qalırkar. Cəzasızlıq mühiti isə cinayətkarlığın çiçəklənməsinə səbəb olur.