Pakistan düyülərindən idxal gömrük rüsumu alınmayacaq
Pakistandan idxal edilən həmin ölkə mənşəli düyü idxal gömrük rüsumundan azad edilib.
Nazirlər Kabinetinin Qərarına əsasən, Pakistan İslam Respublikasından idxal edilən həmin ölkə mənşəli düyünün 2027-ci il dekabrın 31-dək idxal gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.